“Bakının bu problemi 2040-cı ilə kimi həllini tapacaq” - Ekspert   

16:11 07.02.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bakının kanalizasiya sisteminin yenilənməsinə böyük ehtiyac var. Çünki Bakı şəhərində suötürücü və kanalizasiya sistemləri, su drenajları paytaxtın hazırki vəziyyətinə hesablanmayıb. Mövcud kanalizasiya sistemləri yağış sularının öhdəsindən gələ, daşıya bilmir. Ona görə də Bakının kanalizasiya sistemi yenidən qurulmalıdır”. Bu fikirləri Hafta.az-a açıqlamasında memar Cahid Həsənov deyib.

Mütəxəssis bildirib ki, vaxtilə hazırlanan Bakının Baş Planında bu məqamlar nəzərə alınıb: "Amma Bakının o vaxt hazırlanan Baş Planda Bakı belə böyüməmişdi. Ona görə də paytaxtın mövcud vəziyyəti yeni Baş Planda yenidən qiymətləndirilib. Nəticə etibarilə bütün bu problemlər 2040-cı ilə kimi öz həllini tapacaq".